Əsas məzmuna keç

Dövlət qurumlarına müraciətlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə cavablandırılması təsdiqlənib

Dövlət qurumlarına müraciətlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə cavablandırılması təsdiqlənib

Milli Məclis "Vətəndaşların müraciətləri haqqında" qanuna dəyişiklik edilməsi barədə layihəni üçüncü oxunuşda qəbul edib.

en ru

Milli Məclisin plenar iclasında vətəndaşların dövlət qurumlarına ünvanladıqları müraciətlərin İnformasiya Sistemi (EHİS) vasitəsilə cavablandırılmasını tənzimləyən yeni normalar təsdiq edilib. "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dəyişikliklər "Vətəndaşların müraciətləri haqqında" qanun layihəsi çərçivəsində müzakirə olunub.

Dəyişikliyə əsasən, vətəndaşlar müraciətlərinin cavablandırılması üsulu kimi elektron ünvan, poçt ünvanı və ya EHİS-i seçə bilərlər. EHİS üzərindən cavablandırılma tələb edildikdə, fiziki şəxslərdən fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxslərdən isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) tələb olunacaq. Elektron ünvan seçimi edildikdə isə müvafiq ünvanın qeyd edilməsi zəruridir.

Qanun layihəsində qəbula yazılma qaydaları da dəqiqləşdirilib:

  • Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə, rəsmi resursları və ya EHİS üzərindən elektron imza ilə qəbula yazıla bilərlər.
  • Qəbul günü vətəndaş şəxsiyyət vəsiqəsini, nümayəndə vasitəsilə müraciət edildikdə isə səlahiyyətləri təsdiq edən sənədi təqdim etməlidir.

Elektron müraciətlər qurumların rəsmi internet səhifələri, vəzifəli şəxslərin elektron ünvanları və ya EHİS vasitəsilə təqdim edilə bilər. Dəyişikliklər elektron hökumət sahəsində fəaliyyətin səmərəliliyini artırmaq, idarəetməni optimallaşdırmaq və xidmət keyfiyyətini yüksəltmək məqsədi daşıyır. Layihə səsvermə nəticəsində üçüncü oxunuşda qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…