Operativ Məlumat Mərkəzi

Dövlət Komitəsinin sədr müavini: “Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim”

1 dəq
Paylaş:
Dövlət Komitəsinin sədr müavini: “Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim”
bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. O bildirib ki, bəzi televiziyalarda yayımlanan...

“Bu gün televiziyalardakı sosial verilişlərdə insanların şəxsi həyatları açıq-aşkar efirə verilir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

O bildirib ki, bəzi televiziyalarda yayımlanan verilişlərdə hadisənin qarşısını almaq əvəzinə problem reytinq xətrinə və kanalın özünə sərf edən formada təqdim olunur.

S.Qəhrəmanova bu yaxınlarda belə hadisəyə görə televiziyalardan birində yayımlanan verilişə zəng etdiyini söyləyib: “Mən efirə zəng vurub biabırçılığı dayandırmağı tələb etdim, axı məsələni bu formada ictimailəşdirmək insanın şəxsi həyatına müdaxilədir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər