Operativ Məlumat Mərkəzi

Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 34 kişi, 112 qadın müraciət edib

1 dəq
Paylaş:
Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 34 kişi, 112 qadın müraciət edib
bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə...

“Bu ilin ilk 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 860 - Dəstək Xəttinə məişət zorakılığına məruz qalan 34 kişi müraciət edib”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, Dəstək Xəttinə müraciət edən qadınların sayı isə 112-dir:

"Daxil olan ümumi müraciətlərin sayı 146-dır. Müraciətlərin 23,3%-i kişilər, 76,7%-i isə qadınlar tərəfindən edilib".

Bu xəbəri paylaş

Oxşar xəbərlər