Əsas məzmuna keç

Dövlət Dəniz və Liman Agentliyində imtahanların keçirilmə qaydaları yenilənib

Dövlət Dəniz və Liman Agentliyində imtahanların keçirilmə qaydaları yenilənib

Dövlət və Liman Agentliyində imtahanların qaydada keçirilməsi ilə bağlı olunan yeniliklər davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Rəqəmsal İnkişaf və Nazirliyindən (RİNN) bildirilib.

Yeni qaydalara əsasən, cari ilin 1 sentyabr tarixindən etibarən xüsusi hazırlıq şəhadətnamələrinin ilk dəfə əldə edilməsi və ya yenilənməsi zamanı yekun bilik qiymətləndirilməsi üzrə imtahanlar həftənin çərşənbə və cümə günləri Agentliyin inzibati binasında keçiriləcək.

Bununla bağlı “Xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi və biliklərin yekun qiymətləndirilməsi üzrə imtahanların təşkil olunma qaydaları” üzrə Təlimat Agentliyin 05 avqust 2025-ci il tarixli, 3-27-106/3-2-257/2025 nömrəli Əmri ilə təsdiqlənib və rəsmi veb-saytında yerləşdirilib: (https://ddla.gov.az/inst/instruction-4.html)

Təlim-tədris mərkəzlərinə günlərinin planlaşdırılması zamanı imtahan günləri ilə üst-üstə düşməməsinə xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…