Polşanın Baş naziri Donald Tusk Moskvanın Donbasın Rusiyanın bir hissəsi kimi tanınması ilə bağlı tələbinə qarşı çıxıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə “European Pravda” qəzeti Donald Taskın Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransına istinadən məlumat yayıb.
Moskvanın irəli sürdüyü tələbi şərh edən Zelenski bunu “yeni siqnal” kimi qiymətləndirib. Onun sözlərinə görə, bu cür bəyanatlar Rusiyanın mövqeyində dəyişiklik cəhdi kimi görünür.
Donald Task isə, əsasən Polşanı nəzərdə tutaraq, bütün ölkələrin Donbası Rusiya ərazisi kimi tanımayacağına əminlik ifadə edib.
“Bu artıq göstərir ki, hamı bunu etməyəcək. Hətta kimsə ərazilərimizi Rusiya əraziləri kimi tanısa belə, bu, heç nəyə nail olmayacaq”, – deyə Zelenski vurğulayıb.