Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Trampın nüvə silahı planları açıqlandı

2 dəq
Paylaş:
Trampın nüvə silahı planları açıqlandı

ABŞ Prezidenti Donald Tramp silahları ilə bağlı məhdudiyyətləri saxlamaq və bu istiqamətdə aparılan danışıqlara Çin tərəfini də daxil etmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "Financial Times" (FT) qəzeti administrasiyadakı anonim mənbəyə istinadən yayıb.

Mənbənin bildirdiyinə görə, Donald Tramp nüvə silahlarının bütün dünya üçün yaratdığı təhlükəyə qarşı mübarizənin vacibliyini dəfələrlə vurğulayıb.

O, silahlara prosesində Pekinin iştirakını zəruri hesab edir.

Nəşrin qənaətinə görə, ABŞ fevralın 5-də müddəti başa çatacaq -ABŞ Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (START-3) şərtlərinə əməl etməyə son anda razılıq verə bilər.

Qeyd edək ki, Rusiya Prezidenti "Vladimir Putin" daha əvvəl müqavilənin müddəti bitdikdən sonra bir il ərzində məhdudiyyətlərə könüllü şəkildə əməl etməyə hazır olduğunu bildirmişdi. Lakin o, bu addımın yalnız ABŞ tərəfinin analoji davranış nümayiş etdirəcəyi təqdirdə qüvvədə qalacağını vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax