Əsas məzmuna keç

Tramp İran sahillərində dünyanın ən güclü hərbi gəmilərinin olduğunu bəyan edib

Tramp İran sahillərində dünyanın ən güclü hərbi gəmilərinin olduğunu bəyan edib

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında yeni sazişin əldə olunacağına ümid etdiyini, eyni zamanda hərbi gücün hazır vəziyyətdə olduğunu bildirib.

ru en

ABŞ Prezidenti Vaşinqton və administrasiyaları arasında diplomatik razılaşmanın əldə olunması ehtimalı barədə danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "RIA Novosti" agentliyinə istinadən xəbər verir ki, Amerika lideri yaxın bir neçə gün ərzində tərəflər arasında yeni bir sazişin bağlana biləcəyinə ümid etdiyini ifadə edib.

Bununla belə, güc amilini də xüsusi vurğulayıb.

Tramp dünyanın ən böyük və ən qüdrətli hərbi gəmilərinin hazırda İran sahillərində yerləşdiyini bəyan edib. O, hərbi dəniz qüvvələrinin hədəfə "çox yaxın" məsafədə olduğunu qeyd edib.

Xatırladaq ki, rəsmi Tehran daha əvvəl ABŞ ilə münaqişənin üçüncü mərhələsinə başladığını elan etmişdi. Öz növbəsində, Donald Tramp İslam Respublikasına qarşı hərbi hücum ehtimalının istisna edilmədiyini diqqətə çatdırıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…