Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Donald Tramp İrana ayrılan vəsaitlərin məqsədini açıqladı

1 dəq
Paylaş:
Donald Tramp İrana ayrılan vəsaitlərin məqsədini açıqladı

Prezidenti İrana qarşı edilən sanksiyalar çərçivəsində dondurulmuş vəsaitlərin bir hissəsinin sərbəst buraxılması məsələsinə münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp sözügedən maliyyə vəsaitlərinin birbaşa İran hökumətinin sərəncamına verilmədiyini qeyd edib.

Məlumata görə, ABŞ Prezidenti bu vəsaitlərin xüsusi “escrow” (şərti saxlama) hesablarında saxlanıldığını vurğulayıb.

Bildirilib ki, həmin mexanizmə əsasən, pulların istifadəsi yalnız əvvəlcədən müəyyən edilmiş məqsədlərlə məhdudlaşdırılır.

Qeyd olunub ki, Trampın sözlərinə görə, sərbəst buraxılan vəsaitlər yalnız ABŞ istehsalı olan ərzaq məhsullarının və tibbi ləvazimatların alınmasına yönəldilə bilər.

Məlumata görə, ABŞ administrasiyası bu vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət mexanizmlərinin tətbiq olunacağını da vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax