ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarda razılaşma əldə etmək üçün "yaxşı şansın" olduğunu bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Donald Tramp jurnalistlərə açıqlamasında danışıb.
Bildirilib ki, Tramp hazırda tərəflər arasında "çox mehriban" danışıqların getdiyini qeyd edərək, İranın görüşmək istədiyini və diplomatik təmasların davam etdiyini deyib. O vurğulayıb ki, razılıq əldə olunacağına ümid edir.
Qeyd olunub ki, ABŞ Prezidenti eyni zamanda diplomatik səylərin nəticəsiz qalacağı təqdirdə Vaşinqtonun iki gün əvvəl həyata keçirdiyi hərbi əməliyyatlara yenidən başlaya biləcəyini bildirib.