ABŞ Prezidenti Donald Tramp hesab edir ki, keçmiş prezident Co Baydenin oğlu Hanter Bayden növbəti prezident seçkiləri ərəfəsində Demokratlar Partiyasının namizədinin müəyyənləşdirilməsi üzrə ilkin seçkilərdə uğur qazana bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər veriri ki, bununla bağlı "Fox News" məlumat yayıb.
"Sizə deyə bilərəm ki, Co Baydenin keçmişi o qədər də yaxşı deyil. Düşünürəm ki, Hanter yaxşı nəticə göstərə bilər", - Tramp qeyd edib.
Tramp digər Demokrat namizədlərin dəstəyi nəzərə alınmaqla belə bir inkişafın mümkün olduğuna inandığını söyləyib.