""Donroe Doktrinası" Qərb yarımkürəsində sabitlik və təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulub".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə bildirib.
"Biz narkotiklərin ölkəmizə daxil olmasını istəmirik. Biz pis insanların ölkəmizə daxil olmasını istəmirik", - deyə Amerika lideri vurğulayıb.
O qeyd edib ki, klassik "Monro Doktrinası"nın adı onun şərəfinə dəyişdirilib, çünki hazırkı ABŞ administrasiyası guya keçmişin xarici siyasət konsepsiyasının məqsədlərini aşmışdı.