Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Onların nüvə silahı olsaydı, hamısına qarşı istifadə edərdilər”

2 dəq
Paylaş:
"Onların nüvə silahı olsaydı, hamısına qarşı istifadə edərdilər”

ABŞ Prezidenti Tramp İranla razılaşma əldə etməyin çətinləşdiyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Onun sözlərinə görə, buna səbəb İran rəhbərliyinin böyük hissəsinin artıq mövcud olmamasıdır.

ABŞ lideri İranla müqayisədə Vaşinqtonun hazırda çox əlverişli mövqedə olduğunu və faktiki olaraq Hörmüz boğazına nəzarət etdiyini bildirib.

“Artıq donanma yoxdur, hava qüvvələri yoxdur, rəhbərlik yoxdur. Problemin bir hissəsi odur ki, o qədər çox lider aradan çıxıb ki, razılaşma əldə etmək asan deyil. Heç kim kimin məsuliyyət daşıdığını bilmir”, - Tramp bildirib.

Tramp bir daha vurğulayıb ki, İranla münaqişənin əsas məqsədi Tehranın nüvə əldə etməsinin qarşısını almaqdır.

O iddia edib ki, 2018-ci ildə Barak Obama olduğu dövrdə imzalanmış 2015-ci il İran nüvə sazişindən ABŞ çıxmasaydı, İran nüvə silahına sahib olardı və bundan çox qısa müddətdə istifadə edərdi:

“Onlar İsraili və Yaxın Şərqi məhv ”.

Tramp i qeyd edib ki, ABŞ-nin B-2 bombardmançıları ilə İrana endirdiyi zaman Tehran yeni nüvə bombası hazırlamağa cəmi iki həftəlik məsafədə idi.

O, bununla 22 iyun 2025-ci ildə Fordo, İsfahan və Natanzdakı üç İran nüvə obyektinə endirilən zərbələri nəzərdə tutub.

Tramp həmçinin bildirib ki, İranla münaqişə zamanı ABŞ-nin bəzi Yaxın Şərq müttəfiqləri yarımmüəyyən neytral mövqe tutublar.

“Bütün bunlar başlayanda hamının təəccübünə səbəb olaraq onlar (İran) yarımmüəyyən neytral ölkələrə raket zərbələri endirməyə başladı. Səudiyyə Ərəbistanına, Qətərə, BƏƏ-yə, Küveytə, Bəhreynə zərbələr endirdilər. Əgər onların nüvə silahı olsaydı, hamısına qarşı istifadə edərdilər”, - ABŞ Prezidenti vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə