“Dinamika, ritm, temp...” – Qvardiola

“Dinamika, ritm, temp...” – Qvardiola
01.03.2023 13:40
Aa
dəq

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Federasiya kubokunun 1/8 finalının “Bristol Siti” ilə matçından sonra (3:0) açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" BBC-yə istinadən xəbər verir ki, o, rəqibin bəzi futbolçularından təsirləndiyini deyib:

“Həqiqətən, çətin oyun oldu. “Bristol Siti” meydanda nə qədər yaxşı olduğunu göstərdi. Rəqibin bəzi futbolçularından təsirləndim. Onları tanımırdım. İkinci hissə daha yaxşı keçdi. “Bristol Siti”nin azarkeşləri inanılmazdır. Biz buraya beş il əvvəl Liqa kuboku üçün gəlmişdik. Həmin oyunu çox yaxşı xatırlayıram”.

İspaniyalı mütəxəssis qarşılaşmada dubla imza atan Fil Fodenin oyununu dəyərləndirib:

“Dinamika, ritm, temp… Zamanla o, daha da inkişaf edir. Bu mövsüm bir qədər çətinliklər yaşadı və depressiyaya düşdü. Lakin indi geri dönüb. Oyuna təsiri heyrətamiz idi. Futbol onun kimi zəhmətkeşləri mükafatlandırır. Üç turnirdə mübarizəni davam etdiririk. Gələcəkdə nələrin olacağını görəcəyik”.

“Şəhərlilər”in 1/4 finaldakı rəqibi püşkatmadan sonra məlum olacaq.

Həftənin ən çox oxunanları

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu

"Mançester Yunayted" ulduz futbolçularını itirə bilər

DAVAMIN OXU davamın oxu