DİM magistraturaya qəbulla bağlı statistik göstəriciləri açıqlayıb

DİM magistraturaya qəbulla bağlı statistik göstəriciləri açıqlayıb
07.07.2023 11:39
Aa
dəq

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı bəzi statistik göstəriciləri açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə - fevralın 19-da və iyunun 11-də keçirilib.

Hər iki imtahanla bağlı ümumi statistik göstəriciləri və bəzi göstəricilərin ötən il keçirilən analoji imtahanlarla müqayisəsinə aid məlumatları təqdim edirik.

2023-cü ildə keçirilən imtahanlarda, ümumilikdə 24118 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 20823 nəfər idi.

Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 53-dən yüksək (median 53.98) olub. Ötən il isə bu göstərici 51 baldan aşağı (median 50.75) olub. Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil ediblər.

Bu il 90 va daha yuxarı bal toplayanların sayı 162 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 1123 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 4012 nəfər olub. Ötən il analoji göstəricilər 74, 591 və 2240 nəfər olub. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı kifayət qədər çoxdur.

Aşağıdakı cədvəllərdə bakalavrların 2023 və 2022-ci illərdə keçirilən imtahanlarda topladıqları ballar üzrə histoqramlarla tanış ola bilərsiniz.

Magistratura - 2023

Bakalavrların sayı : 24118

Ballar üzrə histoqram

Bal intervalları Bakalavr sayı
(tezliklər)
0 - 30 1670
30 - 35 1250
35 - 40 1842
40 - 45 2238
45 - 50 2712
50 - 55 2949
55 - 60 2841
60 - 65 2547
65 - 70 2057
70 - 75 1741
75 - 80 1148
80 - 85 637
85 - 90 324
90 - 95 133
95 - 100 29

Magistratura - 2022

Bakalavrların sayı : 20823

Ballar üzrə histoqram

Bal intervalları Bakalavr sayı
(tezliklər)
0 - 30 1907
30 - 35 1332
35 - 40 1837
40 - 45 2300
45 - 50 2637
50 - 55 2666
55 - 60 2447
60 - 65 1951
65 - 70 1506
70 - 75 1011
75 - 80 638
80 - 85 346
85 - 90 171
90 - 95 60
95 - 100 14

Həftənin ən çox oxunanları

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu