DİM bunkerdən yazı hazırlayan jurnalistləri mükafatlandırıb

DİM bunkerdən yazı hazırlayan jurnalistləri mükafatlandırıb
20.07.2023 17:01
Aa
dəq

Dövlət İmtahan Mərkəzində (DİM) 22 iyul Milli Mətbuat Günü münasibətilə “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan olunan müsabiqənin qalibləri mükafatlandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək mətbuat nümayəndələrini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edib.

O, ölkə ictimaiyyətinin böyük maraq göstərdiyi ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu prosesinin, bu sahədə həyata keçirilən tədbirlərin, yeniliklərin KİV nümayəndələri tərəfindən diqqətdə saxlanılmasını, bu istiqamətdə maarifləndirmə işinin aparılmasını yüksək qiymətləndirib, DİM ilə media işçiləri arasındakı səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 27 mart – 30 iyun 2023-cü il tarixlərində aparılıb və bu müddət ərzində 3 videoreportaj və 13 yazı olmaqla, ümumilikdə 16 material Mərkəzə təqdim olunub.

Müsabiqə elan olunan zaman mükafatlandırma qaydasına görə I və II yer üzrə bir nəfər, III yer üzrə isə üç nəfərin qalib elan olması nəzərdə tutulsa da, müsabiqənin gedişində bir neçə videoreportajın təqdim olunması və onların yazı materialları ilə müqayisədə təbii üstünlüyü nəzərə alınaraq hər iki sahəyə aid materialların ayrıca (I, II, III yerlərin hər biri üzrə bir nəfər qalib olmaqla) mükafatlandırılması qərara alınıb. Beləliklə, nəticədə ümumilikdə 5 əvəzinə 6 nəfər qalib elan olunub.

Müsabiqəyə təqdim olunmuş materialların qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və müvafiq struktur bölmələrinin müdirləri tərəfindən aşağıdakı meyarlara əsasən 0-10 ballıq şkalada aparılıb və hər bir material üçün yekun qiymət çıxarılıb:

- materialların ümumən mövzunu, nəzərdə tutulan istiqamətləndirici mövzuları dolğun əhatə etmə səviyyəsi;

- analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlili;

- faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyəti;

- ifadə vasitələrinin zənginliyi;

- oxucu üçün informasiyalılıq dərəcəsi;

- müəllifin obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılması.

Daha sonra Məleykə Abbaszadə qaliblərə hədiyyə və nəzərdə tutulan pul mükafatını (I yer üçün 1000 manat, II yer üçün 800 manat, III yer üçün 500 manat) təqdim edib.

Qaliblər arasında "Report" İnformasiya Agentliyinin əməkdaşı Samirə Mustafayev də var.

Xatırladaq ki, Müsabiqə üçün yazı və ya videomaterialın hazırlanması məqsədilə DİM-in fəaliyyəti, o cümlədən qapalı iş rejimində (bunker) işin təşkili ilə yaxından tanış olmaq istəyən müəlliflərə müvafiq şərait yaradılıb. Bu gün qalib gələn televiziyaların, həmçinin APA və Report İnformasiya Agentliklərinin müxbirləri öz müraciətlərinə əsasən may ayında 3 gün müddətində real bunker şəraitində olublar və bütün prosesə canlı şahidlik ediblər. Bundan əlavə 5 yazı müəllifinə müraciəti əsasında mütəxəssis dəstəyi göstərilib.

Dövlət İmtahan Mərkəzinin kollektivi adından qalibləri bir daha təbrik edir və müsabiqədə iştirak edən hər bir KİV nümayəndəsinə dərin təşəkkürümüzü bildiririk.

Həftənin ən çox oxunanları

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu