Əsas məzmuna keç

Dilənçiliyə görə yeni cəzalar tətbiq olunacaq

Dilənçiliyə görə yeni cəzalar tətbiq olunacaq

Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə küçədə pul yığanları 500 AZN-dək cərimə və həbs gözləyir. Sanksiyalar kimlərə şamil olunacaq?

ru en

Azərbaycanda dilənçiliklə olmağa görə sanksiya, cərimə və cəzaları ediləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı İnzibati Məcəlləsinə yeni maddənin əlavəsi təklif olunur. Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud 100 manatdan 200 manatadək məbləğdə cərimə tətbiq olunacaq. İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbsin tətbiqi nəzərdə tutulacaq.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə 200 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək. İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq. Xatırladaq ki, qüvvədə olan məcəllədə dilənçiliklə məşğul olma əməli "Avaralıqla məşğul olma" kimi qeyd edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…