Əsas məzmuna keç

“Digah-Bilgəh” magistral qaz kəməri zədələnib, Nardaranda abonentlər qazsız qalıb

“Digah-Bilgəh” magistral qaz kəməri zədələnib, Nardaranda abonentlər qazsız qalıb

Paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində su kəmərinin çəkilişi zamanı ərazidən keçən diametri 400 mm olan yeraltı polietilen "Digah-Bilgəh"...

Paytaxtın Sabunçu rayonu, qəsəbəsində su kəmərinin çəkilişi zamanı ərazidən keçən diametri 400 mm olan yeraltı polietilen "Digah-Bilgəh" magistral zədələnib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azəriqaz İB-dən bildirilib.

Baş verən qəza nəticəsində Nardaran qəsəbəsi ərazisi üzrə 4 000 abonentin qaz təchizatında məhdudiyyət yaranıb. Digər ərazilərdə abonentlərin qaz təminatında fasilə yaranmaması üçün alternativ şəbəkədən təbii qazla təmin edilib.

Hal-hazırda qəza vəziyyətinin aradan qaldırılması ilə əlaqədar əraziyə xeyli sayda işçi qrupları cəlb edilib, təmir-bərpa işləri yerinə yetirilir.

Kəsintilər

  1. Bakı, Səbail Su · Bu gün, 13 oktyabr 2026 tarixinədək · Davam edir
  2. Bakı, Xətai İşıq · Bu gün, 09:30–13:00 · Davam edir
  3. Bakı, Nizami Qaz · Bu gün, 10:00‑dan, işlər bitənədək · Davam edir
  4. Bakı, Yasamal İşıq · Bu gün, 10:00–13:00 · Davam edir
  5. Ağdaş İşıq · Bu gün, 10:00–15:00 · Davam edir
Daha 1 ərazi və küçə axtarışı ›

Ərazinizdə işıq, qaz və ya su kəsiləndə bildiriş alın: axşam sabahın, səhər bu günün elanları.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…