"Roma" hücumçusu Paulo Dibalanın müqaviləsini uzatmaq niyyətindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun "Qalatasaray"a keçidi nəzərdə tutulurdu, lakin o, klubda qalmağı seçib.
31 yaşlı oyunçunun hazırkı müqaviləsi altı aya başa çatır, lakin "Roma" forvardla ayrılmaq fikrində deyil.
Futbolçuya 2027-ci ilin yayına qədər müqavilə təklif olunub.
Paulo Dibala 2022-ci ilin iyulundan "Roma"da çıxış edir.