Əsas məzmuna keç

Deputat Pərvanə Vəliyeva bu vəzifəyə seçildi

Deputat Pərvanə Vəliyeva bu vəzifəyə seçildi

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva Qlobal Vərəm Koalisiyanın Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə növbəti 4 il üçün həm-sədri...

ru en

Pərvanə Vəliyeva 161 ölkədən, 3000-dən çox parlamentarinin təmsil olunduğu Qlobal Koalisiyaya həm-sədr seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva Qlobal Vərəm Koalisiyanın Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə növbəti 4 il üçün həm-sədri seçilib.

Koalisiyanın rəhbərliyi sözügedən təyinatı təsdiq edib.

Şərqi Avropa və Mərkəzi Asiya regionuna , , Gürcüstan, Moldova, , Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan daxildir.

Qlobal Vərəm Koalisiyası parlamentarilərin vərəmlə mübarizə üzrə platformasıdır və 161 ölkədən 3000-dən çox parlamentarini bir araya gətirərək vərəmin aradan qaldırılmasında deputatların fəal rolunu təşviq edir. Təmsil olunan parlamentarilər ölkə parlamentlərinin səhiyyə komissiyalarının üzvləridir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…