Operativ Məlumat Mərkəzi

Deputat Azərbaycanın Hərbi doktrinasının dəyişdirilməsini təklif edir

1 dəq
Paylaş:
Deputat Azərbaycanın Hərbi doktrinasının dəyişdirilməsini təklif edir
bunu Milli Məclisin deputatı Elşad Mirbəşir parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında çıxışı zamanı deyib. O bildirib ki,...

“Azərbaycanın Hərbi doktrinasına dəyişiklik etmək lazımdır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Mirbəşir parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın hərbi təhlükəsizliyinə olan təhdidlərin xarakteri dəyişib: “Bu, Azərbaycanın iradəsi və gücü sayəsində dəyişdi. Azərbaycan Cənubi Qafqaz regionunda regional təhlükəsizlik sisteminin qurulması missiyasını öz üzərinə götürüb. Azərbaycanın Hərbi doktrinasında bu məqamın ayrıca göstərilməsi vacibdir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər