Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Bu hücum cavabsız qalmayacaq” - Müdafiə Nazirliyi

2 dəq
Paylaş:
“Bu hücum cavabsız qalmayacaq” - Müdafiə Nazirliyi

“Martın 5-də İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Respublikasının Muxtar Respublikasının Naxçıvan hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır”​.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Azərbaycan Respublikası hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir.

Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq”, - məlumatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax