İsrailin Livana hava hücumları nəticəsində ölən və yaralananların sayı artıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Livan Səhiyyə Nazirliyi X sosial media platformasında verdiyi açıqlamada bildirib ki, son 24 saat ərzində hava zərbələri nəticəsində ən azı 52 nəfər həlak olub, 154 nəfər yaralanıb.
Nazirlik qeyd edib ki, günorta saatlarına qədər zərbələr nəticəsində 31 nəfər ölüb, 149 nəfər yaralanıb.
Açıqlamada əlavə olunub ki, axşam baş verən bombardmanlardan sonra Cnah rayonunda və Burj əl-Barajneh ətrafında xilasetmə əməliyyatları davam edir və itki sayının artacağı gözlənilir.