Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qəzzada ölənlərin sayı 73 mini keçdi

2 dəq
Paylaş:
Qəzzada ölənlərin sayı 73 mini keçdi

İsrailin 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarla bağlı son statistik məlumatları açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Nazirliyin yaydığı məlumata görə, son 24 saat ərzində İsrail hücumları nəticəsində olan 8 nəfərin cəsədi və 26 yaralı xəstəxanalara çatdırılıb.

Açıqlamada bildirilib ki, təcili tibbi yardım və mülki müdafiə qrupları bir çox əraziyə hələ də çata bilmədiyindən, çoxsaylı insanların cəsədləri altında və yollarda qalmaqdadır.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, 11 oktyabrdan etibarən İsrail hücumları nəticəsində 1053 nəfər həyatını itirib, 3 min 406 nəfər yaralanıb.

Bundan əlavə, dağıntılar altından 786 nəfərin cəsədi çıxarılıb.

Nazirlik qeyd edib ki, 7 oktyabr 2023-cü ildən bu günədək İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həlak olanların ümumi sayı 73 min 66 nəfərə, yaralananların sayı isə 173 min 514 nəfərə yüksəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax