İsrail ilə HƏMAS arasında atəşkəs razılaşmasının qüvvədə olduğu Qəzza zolağındakı faciəvi statistika yenilənib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, son 24 saat ərzində bölgədəki xəstəxanalara 2 nəfərin cənazəsi çatdırılıb, 15 nəfər isə yaralı olaraq daxil olub.
Rəsmi açıqlamada qeyd olunub ki, tərəflər arasında atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr tarixindən bəri həyatını itirənlərin sayı 1 031 nəfərə çatıb.
Eyni zamanda, dağıntılar altından çıxarılan cəsədlərin sayı 785, yaralıların sayı isə 3 309 nəfər təşkil edir.
İsrailin hərbi əməliyyatlara başladığı 7 oktyabr 2023-cü il tarixindən etibarən bölgədəki ümumi itkilər barədə də məlumat verilib. Nazirliyin bildirdiyinə görə, münaqişə başlayandan bəri həlak olanların sayı 73 043 nəfərə yüksəlib. Yaralıların ümumi sayı isə 173 417 nəfərə çatıb.