Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Venesuela zəlzələsində futbolçunun ailəsi həlak olub

2 dəq
Paylaş:
Venesuela zəlzələsində futbolçunun ailəsi həlak olub

Venesuelanın şimalında baş verən iki nəticəsində böyük insan itkisi qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ilkin məlumatlara görə, nəticəsində təxminən 1700 nəfər həyatını itirib.

Hadisə zamanı argentinalı futbolçu “Lucas Trejo”nun ailə üzvlərinin də həlak olduğu bildirilir.

Məlumata əsasən, futbolçu hadisə baş verən zaman “Club Sport Maritimo” komandasının məşqində olub, onun ailəsi isə Karakasdakı evdə yerləşib. Klubun rəsmi “Instagram” hesabında yayılan açıqlamada ailə üzvlərinin itkisi ilə bağlı dərin hüzn ifadə olunub və futbolçuya başsağlığı verilib.

Bildirilib ki, “Lucas Trejo” dağıntılar altında qalan ailə üzvlərini tapmaq üçün üç gün ərzində axtarış-xilasetmə işlərinə qoşulub.

Zəlzələnin idman ictimaiyyətinə də ağır təsir göstərdiyi qeyd olunur. Keçmiş futbolçu “Héctor Bello”nun da ailə faciəsi yaşadığı, onun həyat yoldaşı Andrea ilə vidalaşdığı bildirilir. Məlumata görə, Andrea körpə qızını qorumağa çalışarkən həyatını itirib, körpə isə sağ xilas edilib. “Héctor Bello” paylaşımında qızına anasının göstərdiyi fədakarlığı danışacağını qeyd edib.

Federasiyası da faciə ilə bağlı açıqlama yayıb. Qurum 18 yaşlı gənc futbolçu “Yimvert Berroterán”ın ölümünü təsdiqləyib və onun ölkəsini idmanda layiqincə təmsil etdiyi vurğulanıb. Bildirilib ki, Karakasdakı futbol akademiyalarında təhsil alan bir sıra yeniyetmə oyunçular da zəlzələ qurbanları arasındadır.

Digər idmançılarla bağlı məlumatlara görə, ABŞ-nin “Dodgers” beysbol klubunun oyunçusu Miguel Rojas hadisənin baş verdiyi ərazidə iki binanın uçduğunu və ailəsinin sağ qalmasını “şans” kimi qiymətləndirib.

Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir və itkin düşən şəxslərlə bağlı dəqiq rəqəmlərin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax