2026-cı il Dünya Çempionatı maraqlı və gərgin qarşılaşmalarla davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ötən gecə baş tutan oyunlar futbolsevərlərə həm sensasiya, həm də qol yağışı bəxş edib.
Turnirin favoritlərindən sayılan komandaların çıxışı isə birmənalı qarşılanmayıb.
Portuqaliya millisi Konqo Demokratik Respublikası ilə qarşılaşmada gözlənilməz nəticə ilə üzləşib.

Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Joao Neves erkən qolla komandasını önə keçirsə də, Vissanın matçın sonlarına yaxın vurduğu qol Konqoya bir xal qazandırıb. Ronaldo isə matç ərzində effektiv oyun nümayiş etdirə bilməyib və statistik göstəriciləri ilə mütəxəssislərin tənqidinə tuş gəlib.
İngiltərə və Xorvatiya arasındakı qarşılaşma turnirin ən məhsuldar oyunlarından biri olub.
4:2 hesabı ilə başa çatan görüşdə Harry Kane dubl edib, Jude Bellingham və Marcus Rashford isə qolları ilə yadda qalıblar.
Digər oyunlarda qeydə alınan nəticələr aşağıdakı kimidir:
Qana Panamanı minimal hesabla (1:0) məğlub edərək vacib üç xalı aktivinə yazdırıb.
Özbəkistan Kolumbiyaya 1:2 hesabı ilə uduzsa da, dünya çempionatları tarixində ilk qolunu vuraraq tarixi bir ana imza atıb.
/news/big/x/h/sbornaya-gany-vyrvala-pobedu-u-panamy-v-matche-chm-2026-blagodarya-golu-na-90-5-j-minute_17817446251238050603.jpg)
