ABŞ Nigerdəki səfirliyini qismən təxliyyə edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Nigerdəki vəziyyəti nəzərə alaraq, ailələrin müvəqqəti olaraq ölkədən çıxaracaqlarını bildirib.
Səfirliyin məhdud xidmətlər göstərməyə davam edəcəyini qeyd edən Miller, Nigerlə diplomatik əlaqələrin ən yüksək səviyyədə davam etdiriləcəyini vurğulayıb.