Daha 3 universitet akkreditasiyadan keçib

Daha 3 universitet akkreditasiyadan keçib
20.09.2023 12:14
Aa
dəq

Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 2023-cü il üzrə ikinci iclası keçirilib.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, iclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova 5 ali təhsil müəssisəsində (Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı) həyata keçirilmiş institusional akkreditasiya qiymətləndirmələri əsasında müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlilləri təqdim edib.

İclasda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti və Lənkəran Dövlət Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilib və müəssisələrin növbəti 5 il müddətinə akkreditasiya olunması haqqında qərar verilib. Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının institusional akkreditasiya nəticələri isə “uyğun deyildir” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 ilədək uzadılması və sözügedən təhsil müəssisələrinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.

Bundan başqa, institusional akkreditasiyası 2023-cü ildə nəzərdə tutulmuş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mövcud akkreditasiya şəhadətnaməsinin etibarlılıq müddətinin 1 ilədək uzadılması ilə bağlı müraciəti müzakirə edilərək şurada səsverməyə qoyulub və qiymətləndirmənin 2024-cü ilin fevral ayına təyin edilməsi barədə qərar qəbul edilib.

İclasda Bakı Dövlət Universitetinin magistratura səviyyəsində tədris olunan 6 ixtisasın (yüksək molekullu birləşmələr kimyası, neft kimyası, üzvi kimya, qeyri-üzvi kimya, analitik kimya, fiziki kimya) Qazaxıstanın Təhsildə Keyfiyyət Təminatı üzrə Müstəqil Agentliyi tərəfindən aparılmış beynəlxalq proqram akkreditasiya qiymətləndirməsi nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair müraciəti səsverməyə qoyulub və təsdiq olunub.

Həftənin ən çox oxunanları

Bu ərazilərdə qaz OLMAYACAQ

Bu ərazilərdə qaz OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu