Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kipr Prezidenti Paşinyanı təbrik etdi

2 dəq
Paylaş:
Kipr Prezidenti Paşinyanı təbrik etdi

Kipr Respublikasının Prezidenti Nikos Ermənistanın Nikol Paşinyanı parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Armenpress" agentliyi məlumat yayıb.

Məlumata görə, Baş nazirinin ofisi tərəfindən yayımlanan təbrik məktubunda Kipr lideri xalqının seçimi və ölkənin gələcək inkişaf kursu ilə bağlı fikirlərini ifadə edib.

“Nikol Paşinyanı seçkilərdə qələbəsi münasibətilə ürəkdən təbrik edirəm. Ermənistan xalqı gələcəyinə sadiqliyini bir daha təsdiqlədi”, – deyə təbrikdə bildirilib.

Nikos Xristodulides qeyd edib ki, Kipr Ermənistanla ikitərəfli əməkdaşlığın genişləndirilməsində maraqlıdır və iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini davam etdirəcək.

“Kipr ikitərəfli əməkdaşlığımızı və Kipr ilə Ermənistan arasındakı münasibətləri daha da inkişaf etdirməyə hazırdır”, – deyə məktubda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax