Əsas məzmuna keç

Peskov: ABŞ Zelenski ilə danışıqların detallarını bizə çatdıracaq

Peskov: ABŞ Zelenski ilə danışıqların detallarını bizə çatdıracaq

Kreml sözçüsü Dmitri Peskov Kiyevin Vaşinqtonla təmasları barədə məlumatsız olduqlarını bildirib. Bəs Stiv Vitkoff və Cared Kuşner Rusiyaya gələcəkmi?

en ru

hələlik Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidentinin nümayəndəsi Stiv və Cared Kuşnerlə apardığı telefon danışığının məzmunu barədə Vaşinqtondan heç bir məlumat almayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri jurnalistlərə açıqlamasında bildirib.

Kreml sözçüsü ABŞ tərəfinin sözügedən əlaqələrin detalları barədə Moskvanı məlumatlandırıb-məlumatlandırmadığı ilə bağlı suala cavabında belə bir məlumatın hələ təqdim edilmədiyini deyib.

Peskov qeyd edib ki, əgər söhbət zamanı Rusiyaya çatdırılması vacib olan yeni təşəbbüslər və ya təkliflər müzakirə olunubsa, ABŞ nümayəndələri bu barədə Moskvanı operativ şəkildə məlumatlandıracaqlar.

“Əgər orada bizə ötürülməsini tələb edən hər hansı əsaslı yenilik varsa, amerikalı danışıqçılar bunu çox tez bir zamanda edəcəklər”, – deyə o vurğulayıb.

Məlumata görə, daha əvvəl “Axios” nəşrinin jurnalisti Barak Ravid mənbələrə istinadən Zelenskinin bazar ertəsi günü ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff və Cared Kuşnerlə apardığını yazmışdı.

Peskov həmçinin Vitkoff və Kuşnerin Rusiyaya mümkün səfərinə də münasibət bildirib. Onun sözlərinə görə, belə bir səfərin konkret tarixi hələ razılaşdırılmayıb.

“Onların gəlişinin dəqiq tarixi hələlik yoxdur. Lakin biz onları istənilən vaxt Rusiyada görməkdən məmnun olarıq”, – deyə Kremlin sözçüsü əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…