Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

KTMT Ermənistanın üzvlüyü ilə bağlı rəsmi mövqe bildirdi

2 dəq
Paylaş:
KTMT Ermənistanın üzvlüyü ilə bağlı rəsmi mövqe bildirdi

Kollektiv Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı hələ də təşkilatın tamhüquqlu üzvü hesab edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə KTMT-nin Taalətbek Masadıkov təşkilata üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasından sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, tərəfindən KTMT-dən çıxmaq və ya üzvlüyünə xitam verməklə bağlı heç bir rəsmi qərar təqdim edilməyib.

“Bu, siyasi məsələdir. Bu günə qədər KTMT Ermənistanı təşkilatın tamhüquqlu üzvü hesab edir. Respublikasından bunun əksi ilə bağlı heç bir təlimat və ya qərar almayıb”, – deyə Masadıkov vurğulayıb.

KTMT baş katibi qeyd edib ki, Ermənistanın təşkilatdan çıxması ilə bağlı qərarı ölkə rəhbərliyi və xalqı verməlidir.

“Düşünürəm ki, bu qərarı Ermənistan xalqı və Ermənistan rəhbərliyi verəcək”, – deyə o əlavə edib.

Qeyd edək ki, Ermənistan 2024-cü ilin fevral ayında KTMT-də iştirakını dayandırdığını açıqlayıb. Nikol Paşinyan isə təşkilatın Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirmədiyini bildirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax