Operativ Məlumat Mərkəzi

"Crocus Group"a 150-200 milyon dollar zərər dəyib

1 dəq
Paylaş:
"Crocus Group"a 150-200 milyon dollar zərər dəyib

"Crocus City Hall"da terror aktı nəticəsində "Crocus Group"a dəyən təxmini ziyan 150-200 milyon dollar təşkil edir".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Agalarov Development" şirkətinin prezidenti, "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov deyib.

O qeyd edib ki, terror aktı, ilk növbədə, əziyyət çəkən və yaxınlarını itirən insanların böyük faciəsidir.

Həmçinin bildirib ki, biznes nöqteyi-nəzərindən bu, bütün "Crocus Group"a dağıdıcı təsir göstərib.

“Terror aktından sonra ərazidəki bütün obyektlərin işi iflic olub və davamiyyət azalıb”, - deyə o, qeyd edb.

"Crocus City Hall"da terror aktı 2024-cü il martın 22-də axşam baş verib. Hücum edənlər binanın içərisində olan insanlara avtomat silahlardan atəş açıb və konsert zalını yandırıblar, 145 nəfər həlak olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər