COP29-un ölkəmizdə keçirilməsi ilk növbədə İlham Əliyevin yüksək beynəlxalq nüfuzu, ona olan inam və etimad ilə bağlıdır.
Bu sözləri Milli Məclis sədrinin müavini Musa Qasımlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlaması zamanı bildidib.
Onun sözlərinə görə, konfransın Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilməsi, Azərbaycanın dünyanın qlobal problemlərinin həllində oynadığı müsbət rolla bağlıdır: "Bu gün bütün dünyanın gözü Azərbaycandadır. Azərbaycan planeti düşündürən ən vacib məsələlərin müzakirə edildiyi məkana çevrilib. Dünyanın demək olar ki, əksər ölkələrinin dövlət və hökumət başçılarını, yüksək səviyyəli şəxslərinin Azərbaycana gəlməsi problemin nə dərəcədə ciddi olduğunu göstərir. Azərbaycan bu qlobal problemdən çıxmaq üçün yol göstərir".
Sədr müavini deyir ki, COP29-un Azərbaycanda keçirilməsinin başqa böyük bir əhəmiyyəti də olacaq. Azərbaycan haqqında həqiqətlər dünyaya yayılacaq: "Ölkəmizə gələn qonaqların işğaldan azad edilmiş ərazilərə səfər etmələri gerçəkləri öz gözləri ilə görməsinə şərait yaradacaq. Onlar bir tərəfən işğalçı Ermənistanın vəhşiliyini, tarix və mədəniyyət abidələrini, yaşayış məntəqələrini yerlə yeksan edildiyini görəcəklər. Digər tərəfdən isə Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə tanış olacaqlar. Millətimizin yüksək mədəniyyətinin şahidi olacaqlar".
