Operativ Məlumat Mərkəzi

COP29 çərçivəsində SOCAR ilə “IntelliGrid” arasında Saziş imzalanıb

2 dəq
Paylaş:
COP29 çərçivəsində SOCAR ilə “IntelliGrid” arasında Saziş imzalanıb
Noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası...

Noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Esyasoft” holdinq və “Presight” şirkətinin birgə müəssisəsi olan “IntelliGrid” arasında “AzəriQaz” İstehsalat Birliyinin bütün xidmət zonasında ən müasir Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqinə dair Saziş imzalanıb.

SOCAR-ın mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-əcop bildirilib ki, imzalanma mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, “International Holding Company”nin (IHC) rəqəmsal transformasiya üzrə baş icraçı direktoru Ajay Hans Raj Bhatia iştirak ediblər.

Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, “IntelliGrid” şirkətinin baş icraçı direktoru Bipin Çandra imzalayıblar.

İmzalanan sənədə əsasən, qazpaylayıcı şəbəkəyə data analizini, proqnozlaşdırıcı texniki xidməti və real vaxt monitorinqini inteqrasiya etmək üçün “IntelliGrid”in süni intellekt imkanlarından istifadə ediləcək. Bu, qaz istehlakını optimallaşdırmağa, itkiləri minimuma endirməyə və ümumi əməliyyat səmərəliliyini artırmağa imkan verəcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər