Dünya mediasında 28 may Türkiyədə keçiriləcək prezident seçkiləri haqda məqalələr tirajlanmaqda davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, növbəti məqalə CNN-də dərc edilib.
Yazıda qeyd olunub ki, Türkiyədə baş verən fəlakətli zəlzələdən sonra çoxları düşünürdü ki, bu, Ərdoğanın son seçkisi olacaq. Ancaq gözlənilənin tam əksi oldu. O, yenidən qalib gəlməyə hazırlaşır.
"Ərdoğan Türkiyəni yenidən böyük etmək istəyir. O, mövcud olmuş Osmanlı möhtəşəmliyini bərpa etmək arzusundadır. Söhbət Ərdoğanın bazar günü keçiriləcək seçkidən qalib çıxmasından yox, hansı fərqlə qalib çıxmasından gedir", - deyə yazıda qeyd olunur.