Çinli diplomat: Azərbaycan ŞƏT-in mühüm tərəfdaşıdır

Çinli diplomat: Azərbaycan ŞƏT-in mühüm tərəfdaşıdır
05.07.2024 10:41
Aa
dəq

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) mühüm tərəfdaşıdır və Çin ölkənin təşkilat çərçivəsində statusunu yaxşılaşdırmaq istəyini dəstəkləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Azərbaycan 2016-cı ildə ŞƏT-in tərəfdaşı olub və təşkilat ailəsinin mühüm üzvüdür. Çin Azərbaycanın ŞƏT ilə əməkdaşlığı gücləndirmək istəyini və bu təşkilatda ölkənin hüquqi statusunun yüksəldilməsini dəstəkləyir”, - o bildirib.

D.Tao qeyd edib ki, təşkilatın yaranmasından ötən 23 il ərzində ŞƏT çətin inkişaf yolu keçmiş və ən böyük regional quruma çevrilib: “Qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ŞƏT-ə üzv dövlətlər regional əməkdaşlıq etalonu yaradıblar”.

O xatırladıb ki, Çin Sədri Si Cinpin son görüşdə gələcək əməkdaşlıq sahələrinə işarə edib: “Biz dialoq və əməkdaşlıq yolu ilə təhlükəsizlik xəttini saxlamalıyıq. İnkişaf hüququnu, sabitliyi qorumalı, inklüziv olmalı və region daxilində iqtisadi inkişafı stimullaşdırmalıyıq”.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu