Çində təsirli olan istilər səbəbindən 4 nəfər həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Çində həddindən artıq istilərə qarşı "qırmızı xəbərdarlıq" verilərkən, bəzi şəhərlərdə temperaturun 40-43 dərəcəyə çata biləcəyi bildirilib.
Bu il Hebeydə müşahidə olunan ən yüksək temperatur Şitszyuanq şəhərinin Pinqşan rayonunda 43,7 dərəcə Selsi olaraq qeydə alınıb.