Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
20.01.2025 11:58
Aa
dəq

Yanvarın 18-19-da ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 36 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

Həftənin ən çox oxunanları