Çinin yeni xarici işlər naziri Van İ Türkiyəyə səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tviter hesabında məlumat yayıb.
Bildirilib ki, Türkiyə və Çinin xarici işlər nazirləri Hakan Fidan və Van İ arasında keçiriləcək görüşdə ikitərəfli münasibətlərin bütün aspektləri, aktual regional və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.