Operativ Məlumat Mərkəzi

Çin vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb

1 dəq
Paylaş:
Çin vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb
bu barədə Çinin hakim Kommunist Partiyasının (ÇKP) media orqanı olan “Global Times” qəzeti məlumat yayıb. Bəyanatda İran və İsrail arasında atəşkəsə...

Çinin Tehrandakı səfirliyi bəyanat yayaraq vətəndaşlarına bir daha İrana səfər etməməyi tövsiyə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çinin hakim Kommunist Partiyasının (ÇKP) media orqanı olan “Global Times” qəzeti məlumat yayıb.

Bəyanatda İran və İsrail arasında atəşkəsə baxmayaraq, İranda təhlükəsizlik vəziyyətinin hələ də "mürəkkəb" olduğu vurğulanıb və İrandakı Çin vətəndaşlarına təhlükəsizlik xəbərdarlığına əməl etməyi, fövqəladə hallara hazır olmağı və həssas bölgələrdən uzaq durmağı tövsiyə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər