Əfqanıstanın Rusiyadakı yeni səfiri Gül Həsən vəzifəsinin icrasına başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Əfqanıstan İslam Əmirliyinin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Gül Həsən səfirliyin əməkdaşlarına təqdim olunduğu görüşdə rəsmi olaraq vəzifəsinin icrasına başlayıb", - nazirliyin açıqlamasında bildirilir.
Nazirlik səfirin təyinatını “mühüm addım” adlandırıb və “iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmlənməsinə” ümid etdiyini bildirib.