Çin hökuməti tariflərin artırılması ilə bağlı iki ölkə arasında gərginliyin artması fonunda öz vətəndaşlarına ABŞ-yə səfər edərkən təhlükəsizlik risklərinə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Mədəniyyət və Turizm Nazirliyi bəyanat yayıb.
ABŞ-ın Ohayo ştatında Nümayəndələr Palatasında qəbul edilən qanun layihəsinə Çin Təhsil Nazirliyi də; "Biz xaricdəki tələbələrə xatırladırıq ki, ABŞ-da həmin ştatda təhsil almağı seçərkən təhlükəsizlik riski qiymətləndirməsi aparsınlar" deyə o, çinli tələbələrə qarşı mənfi müddəalara işarə edib.
Ohayo ştatının Nümayəndələr Palatasında müzakirə edilən və qəbul edilən qanun layihəsi dövlət maliyyəsi alan universitetlərdən Çinin fəaliyyətinə istinad edərək “xarici təsirləri məhdudlaşdırmaq üçün tədbirlər görməyi” tələb edir.