Operativ Məlumat Mərkəzi

Çin Ukrayna ilə bağlı davamlı mövqeyini qoruyur

1 dəq
Paylaş:
Çin Ukrayna ilə bağlı davamlı mövqeyini qoruyur
bu barədə xarici KİV məlumat yayıb. "Ümid edirik ki, tərəflərin hər biri böhranın siyasi yolla həllinə təkan vermək və müsbət şərait yaratmaq üçün səy...

Çinin müdafiə naziri Donq Junun Ukrayna məsələsində Çinin Rusiyaya dəstək verməsi ilə bağlı açıqlamasını şərh edən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, Çin hökuməti Ukrayna məsələsində mövqeyini dəyişməyib və münaqişənin azalacağına ümid edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Ümid edirik ki, tərəflərin hər biri böhranın siyasi yolla həllinə təkan vermək və müsbət şərait yaratmaq üçün səy göstərəcək", - deyə o bildirib.

Çin diplomatının sözlərinə görə, Pekinin mövqeyində heç nə dəyişməyib.

O qeyd edib ki, Çin məsələ ilə bağlı “dəyişməz və aydın mövqe” tutmaqda davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər