Əsas məzmuna keç

Çin "Tyançjou-10"u orbitə buraxdı

Çin "Tyançjou-10"u orbitə buraxdı

Pekin "Tiangun" bazasına yeni təchizat missiyasına start verdi. Vençanqdan uçan aparatın daşıdığı yükün növü və kosmik tədqiqatın yeni hədəfləri barədə ətraflı.

en ru

"Tyançjou-10" yük gəmisini uğurla "Tyanqun" orbital stansiyasına buraxıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, bu barədə Çinin Pilot Kosmik Uçuşları İdarəsi məlumat yayıb.

Buraxılış cənubi Haynan əyalətinin Vençan kosmodromundan yerli vaxtla səhər saat 8:14-də ( vaxtı ilə səhər saat 4:14) "Çançjen-7" raket daşıyıcısı ilə həyata keçirilib.

Uçuşdan təxminən 10 dəqiqə sonra kosmik gəmi raketdən uğurla ayrılıb və təyin olunmuş orbitə daxil olub. Günəş panelləri normal şəkildə işə düşüb.

"Tyançjou-10"un tezliklə Tyanqun orbital stansiyası ilə birləşməsi planlaşdırılır.

Kosmik gəmi kosmosa gəzinti kostyumu, yanacaq, heyət üçün ləvazimatlar və elmi təcrübələr üçün avadanlıqları orbitə çatdıracaq.

Bu, "Tyançjou" seriyalı kosmik gəminin onuncu uçuşudur. Hazırkı missiya Çinin pilotlu kosmik uçuş proqramının 39-cu və "Çançjen" raket daşıyıcısının 641-ci buraxılışıdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…