Çin Tayvan boğazında hərbi təlimlərə başladığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Boğaziçi daşqını 2025/A” adlı təlimin Tayvan boğazının mərkəzi və cənub bölgələrində həyata keçirildiyini bildirib.
Təlimin müəyyənləşdirmə və yoxlama, xəbərdarlıq və dəf etmə, müdaxilə və saxlama üzərində qurulduğu və məqsədin bölgənin formalaşması və nəzarəti, blokada və nəzarət, əsas hədəflərə atəş açmaqda qoşunların birgə əməliyyat qabiliyyətini yoxlamaq olduğu vurğulanıb.