Çin, Braziliya, Cənubi Afrika və İndoneziya Qərb ölkələrinin Rusiya ərazisinə hücumlarda Qərb silahlarından istifadə şərtlərini yumşaltmasından narahatdırlar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin hökumətinin xüsusi elçisi Li Hui bildirib.
“Bütün tərəflər Qərbin Ukraynanın Rusiya ərazisinə silah dəstəyi ilə hücum etməsinə imkan verəcək şərtləri yumşaltmaqda davam etməsindən narahatdır”, - deyə xüsusi nümayəndə bildirib.
Li Hui Ukrayna böhranını müzakirə etmək üçün iyulun 27-dən avqustun 8-dək Braziliya, Cənubi Afrika və İndoneziyaya səfər edib.