Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Çin İrana HHM sistemləri satacaq – ABŞ kəşfiyyatı açıqladı

2 dəq
Paylaş:
Çin İrana HHM sistemləri satacaq – ABŞ kəşfiyyatı açıqladı

ABŞ kəşfiyyatının məlumatına əsasən, Çin yaxın bir neçə həftə ərzində İrana yeni hava hücumundan müdafiə (HHM) sistemləri tədarük etməyə hazırlaşır.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” "Reuters" nəşrinə istinadən xəbər verir.

Bildirilib ki, Pekin təchizatın mənşəyini gizlətmək məqsədilə prosesi üçüncü ölkələr vasitəsilə yönləndirməyə çalışır. Bununla yanaşı, söhbətin kimi daşınan hava hücumundan müdafiə raket komplekslərinin tədarükündən gedə biləcəyi qeyd olunub.

Xatırladaq ki, ABŞİsrail 28 fevralda İrana qarşı əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran, İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin bazalarının yerləşdiyi , Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraqKiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

8 apreldə isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik barədə razılığa gəliblər. Tərəflər arasındakı növbəti danışıqların 11 apreldə Pakistanda keçirilməsi planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax