Gələn il Pekin Moskva ilə ikitərəfli əməkdaşlığı daha da gücləndirməyə ümid edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin brifinqdə deyib.
“Gələn il Çin və Rusiya diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünü qeyd edəcək və Rusiya-Çin Mədəniyyət İlləri başlayacaq”, - deyə o bildirib.
"Biz iki ölkə arasında daha da dərin əməkdaşlığı, mədəni və regional mübadilənin genişlənməsini və iki ölkə və onların xalqları üçün daha çox fayda görməyi gözləyirik",
Vanq əlavə edib ki, Çin Rusiya ilə qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsipləri əsasında münasibətlər qurmağı hədəfləyir.
Onun sözlərinə görə, Moskva-Pekin əlaqələri "yüksək səviyyəli mübadilə mexanizmləri" və "iki ölkənin liderləri arasında sıx ünsiyyət" ilə xarakterizə olunur.