Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qəzzada İsrailin hücumları nəticəsində ölənlərin sayı 72 mini keçib

2 dəq
Paylaş:
Qəzzada İsrailin hücumları nəticəsində ölənlərin sayı 72 mini keçib

İsrail ordusunun 2023-cü ilin oktyabr ayından etibarən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində olanların sayı 72 min 941 nəfərə çatıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in Qəzza Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, atəşkəs rejimi şəraitində belə bölgəyə hücumlar səngimir.

Nazirliyin açıqlamasında son 24 saat ərzində xəstəxanalara 2 nəfərin cənazəsinin gətirildiyi, 40 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilib. Statistikaya əsasən, 10 oktyabr 2025-ci il tarixində qüvvəyə minən atəşkəsdən sonra İsrailin hücumları nəticəsində:

  • 932 nəfər həyatını itirib;
  • 2 min 859 nəfər yaralanıb;
  • altından 781 nəfərin çıxarılıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabrından davam edən əməliyyatlar zamanı yaralananların ümumi sayı 172 min 967 nəfərə yüksəlib. Nazirlik həmçinin vurğulayıb ki, Qəzzada hələ də minlərlə insanın cənazəsi dağıntılar altında qalmaqdadır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax