Operativ Məlumat Mərkəzi

İranda baş verən hadisələrdə ölənlərin sayı 5000-i keçib

2 dəq
Paylaş:
İranda baş verən hadisələrdə ölənlərin sayı 5000-i keçib

İranda baş verən etiraz aksiyaları nəticəsində həyatını itirənlərin sayı 5 min nəfəri keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə HRANA təşkilatı məlumat yayıb.

Ölkənin müxtəlif bölgələrində baş qaldıran zamanı ümumilikdə 26 min 752 nəfər nəzarətə alınıb.

Hesabatda qeyd olunur ki, nümayişlər zamanı 207-si qüvvələrinin əməkdaşı olmaqla, cəmi 5 min nəfər dünyasını dəyişib.

Təşkilatın bir gün əvvəlki hesabatında bu rəqəm 4 min 902 olaraq göstərilmişdi.

Digər tərəfdən, İranın rəsmi qurumları fərqli statistika təqdim edir. İran Şəhidlər və Qazilər Fondunun Məhkəmə Tibb Ekspertizası tərəfindən verilən açıqlamada, hadisələr zamanı mülki şəxslər və təhlükəsizlik qüvvələri daxil olmaqla 3 min 117 nəfərin öldüyü qeyd olunub.

Xatırladaq ki, İrandakı 28 dekabr 2025-ci il tarixində milli valyutanın kəskin dəyər itirməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən başlayıb. Hadisələrin geniş vüsət alması ilə əlaqədar yanvarın 8-də paytaxt Tehranda internetə çıxış məhdudlaşdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax